"Kəpəz" yeni transferini təqdim etdi

"Kəpəz" klubu keniyalı futbolçu Conston Omurvanı transfer edib.

Sportline.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mərkəz müdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

26 yaşlı oyunçu son olaraq Səudiyyə Ərəbistanında “Abha”nın formasını geyinib.

Keniya millisinə də dəvət alan Omurva Portuqaliyada "Eştrela"nın da şərəfini qoruyub.