"Kəpəz"də yeni müqavilə

Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Kəpəz” transfer çalışmalarını davam etdirir.

Sportline.az xəbər verir ki, Gəncə təmsilçisi komandada uzun illərdir ki, forma geyinən Tural Rzayevlə də yeni müqavilə imzalayıb.

“Kəpəz”in yetirməsi olan 28 yaşlı futbolçu karyerası ərzində “Yonava” və “Merani” klubalarında çıxış edib.