"Keşlə" klubu legioneri ilə vidalaşdı

"Keşlə" klubu futbolçusu Dmitro Klotsla yollarını ayırıb.

Sportline.az klubun rəsmi saytına istinadən məlumatına görə, mövsümün əvvəlində komandaya qoşulan 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Keşlə" ukraynalı oyunçuya göstərdiyi xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Dmitro Klots Azərbaycan Premyer Liqasında 13 oyuna 1 qol vurub.