Keyn İngiltərəyə qayıtmaq istəyir

"Bavariya"nın ingiltərəli futbolçusu Harri Keyn karyerasını yenidən Premyer Liqada davam etdirmək istəyir.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" Keynlə yaxından maraqlanır.

31 yaşlı forvardın "Bavariya" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Keyn bu mövsüm çıxış etdiyi 37 matçda rəqib qapılarından 32 top keçirib.