Keyn: "Müller inanılmaz qolçu idi"

"Bavariya"nın hücumçusu Harri Keyn "YouTube"da dünya və Avropa çempionu Gerd Müllerin qollarının videolarını öyrəndiyini bildirib.

Sportline.az xəbər verir ki, Keyn maraqlı açıqlaması ilə diqqət çəkib.

“Düzünü desəm, ən çox özümə təzyiq edirəm. Mən nəyəsə nail olmaq istəyirəm. Müllerin necə olduğunu və necə oynadığını bilmək istəyirdim. O, inanılmaz qolçu idi və eşitdiyimə görə, hər şeydən əvvəl inanılmaz insan idi. Mənim üçün onun izi ilə getmək xüsusi bir şeydir” – deyə, klubun mətbuat xidməti Keynin sözlərindən sitat gətirib.

Müller 1964-1979-cu illərdə "Bavariya"da çıxış edib. O, klub tarixinin bombardiri və futbol tarixinin bombardiri siyahısında 8-ci yeri tutur.