Klopp "Liverpul"u "Bavariya"ya dəyişə bilər
Karlo Ançelottini istefaya göndərən "Bavariya" baş məşqçi axtarışına çıxıb. SportLine.az "Bild"ə istinadən xəbər verir ki, klub rəhbərliyi üç variant üzərində düşünür: Tomas Tüxel (Dortmund "Borussiya"sının baş məşqçisi), Yulian Naqelsman ("Hoffenhaym"ın baş məşqçisi) və Yurgen Klopp ("Liverpul"un baş məşqçisi).
Məlumata görə, rəhbərlik Y.Kloppun xidmətində maraqlıdır. "Daily Mirror"da yayılan xəbərdə almaniyalı mütəxəssisin də İngiltərədə xoşbəxt olmadığı və Almaniyaya qayıtmaq barədə düşündüyü bildirilir.
Tərəflərin yaxın günlərdə rəsmi danışıqlara başlayacağı gözlənilir. Razılıq əldə olunmayacağı təqdirdə Münhen təmsilçisi T.Tüxel və Y.Naqelsmanla danışıqlar aparacaq.
Qeyd edək ki, K.Ançelotti UEFA Çempionlar Liqasının 2-ci turu çərçivəsində PSJ-yə qarşı keçirilən matçda məğlubiyyətdən (0:3) sonra vəzifəsindən kənarlaşdırılıb. O, cari mövsümün sonunadək heç bir klubda işləməyəcəyini deyib.