Kloppun istəyi
"Liverpul"un yarımmüdafiəçisi Tiaqo Alkantara klubu ilə müqaviləsini uzada bilər.
Sportline.az xəbər verir ki, baş məşqçi Yurgen Klopp klubun 32 yaşlı ispaniyalı ilə yeni müqavilə imzalamasını istəyir. Lakin rəhbərlik yarımmüdafiəçini komandada saxlamağa dəyər olduğuna əmin deyil.
Ötən mövsüm Tiaqo 28 oyun keçirib və bir məhsuldar ötürmə edib.