Klubumuzun oyunçusu həbs olundu

Bakının “Sərkərdə” klubunun basketbolçusu Nikolay Kojuxari, İrlandiya polisi tərəfindən saxlanılıb.

Sportline.az xəbər verir ki, o, narkotik maddələri satmaq üçün yetişdirmək və saxlamaqda ittiham olunur.

28 yaşlı basketbolçu iki həmyerlisi ilə birlikdə 100 min avro dəyərində maddə ilə həbs edilib. Hər üç şəxs Kloverhill həbsxanasına yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan çempionatı koronavirus pandemiyası üzündən dayandırıldığından moldovalı basketbolçu ölkəmizdən ayrılıb. Onun çıxış etdiyi “Sərkərdə” 19 oyundan 28 xalla 5-ci yeri tutub.