Kolo Muani "Qalatasaray"ın hədəfindədir

"Tottenhem"də icarə əsasında çıxış edən Randal Kolo Muani karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Qalatasaray" 27 yaşlı hücumçunun xidmətində maraqlıdır.

Bu haqda jurnalist Haluk Yürekli məlumat yayıb.

İstanbul klubu fransalı futbolçunun meneceri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, R.Kolo Muani bu mövsüm meydana çıxdığı 41 matçda 5 qol, 4 asistlə yadda qalıb.

Sözügedən oyunçu müqavilə əsasında PSJ-yə məxsusdur.