Kolumbiyalı futbolçu "Atalanta"ya keçməyə yaxındır

"Yuventus" və "Çelsi"nin müdafiəçisi Juan Kuadrado karyerasını "Atalanta"da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu barədə Sportitalia nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, 36 yaşlı futbolçu bu gün Milan şəhərində tibbi müayinədən keçib.

Bu yay "İnter"lə müqaviləsi başa çatan ulduz futbolçu azad agent statusu daşıyır.

Qeyd edək ki, ötən mövsümün böyük hissəsini zədə üzündən buraxan Kuadrado 10 oyunda 2 asistlə yadda qalıb.