"Komo" ispaniyalı mütəxəssislə yeni müqavilə imzalayıb

İspaniya millisinin heyətində dünya çempionu və ikiqat Avropa çempionu Sesk Fabreqas "Komo" klubunun baş məşqçisi təyin edilib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 37 yaşlı gənc mütəxəssis İtaliya klubu ilə 4 illik müqavilə imzalayıb.

Fabreqas buna qədər klubda köməkçi məşqçi vəzifəsini icra edirdi.

Qeyd edək ki, "Komo" ötən mövsüm Fabreqasın rəhbərliyi altında Seria B-də ikinci yeri tutub və elitaya vəsiqə qazanıb.