Konte "Fənərbağça"nı çalışdıra bilər
"Fənərbağça"nın rəhbərliyi klubun sükanı arxasına Antonio Konteni gətirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda "Fanatik" nəşri məlumat yayıb.
56 yaşlı mütəxəsis İstanbul klubunda işləməyə razıdır. Lakin son qərarı yeni prezident Aziz Yıldırım verəcək.
Qeyd edək ki, A.Konte son olaraq "Napoli" klubunda işləyib.