Konte karyerasında ilk dəfə A Seriyasında mövsümün ilk oyununda məğlub olub
Antonio Kontenin rəhbərlik etdiyi "Napoli" klubu Serie A-nın 1-ci turunda səfərdə Verona ilə qarşılaşıb.
Sportline.az xəbər verir ki, görüş qonaqların 0-3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Bu, Antonio Kontenin A Seriyasının açılış matçlarında məşqçi kimi ilk məğlubiyyəti olub.
Buna qədər italiyalı mütəxəssis 5 dəfə qələbə qazanmış, 1 dəfə heç-heçə etmişdir.
Qeyd edək ki, Kontenin Neapol klubu ilə 2027-ci ilə qədər müqaviləsi var.