Konte Qattuzonu əvəzləyə bilər

Antonio Konte “Milan”ın baş məşqçisi Cennaro Qattuzonu əvəzləyə bilər.

Sportline.az “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, "qırmızı-qaralar"ın rəhbərliyi İtaliya Kubokunun yarımfinalında “Latsio” məğlubiyyətindən sonra komandanın çalışdırıcısı Cennaro Qattuzo ilə yolları ayırmaq fikrindədir. Klubun baş məşqçi postuna ən real namizəd kimi Antonio Konte göstərilir.

Qeyd edək ki, “Milan” ölkə çempionatında 33 turdan sonra 56 xalla 4-cü yerdədir.