Kopa Amerikada daha 2 oyun keçirilib
ABŞ-də təşkil olunan futbol üzrə Amerika Kubokunda daha iki oyun keçirilib.
Sportline.az xəbər verir ki, B qrupunun görüşləri çərçivəsində Ekvadorla üz-üzə gələn Venesuela millisi 2:1 hesabı ilə qələbə qazanıb.
Qrupun digər oyununda isə Meksika Yamayka yığmasından güclü olub - 1:0.
Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq. Son olaraq Argentina yığması 2021-ci ildə turnirin qalibi olub.