Kopa Amerikada ilk yarımfinalçı müəyyənləşib

ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunda 1/4 final mərhələsinə start verilib.

Sportline.az xəbər verir ki , raundun ilk matçında son dünya çempionu Argentina Ekvadorla üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün penaltilər seriyasına ehtiyac duyulub.

Burada rəqibini 4:2 hesabı ilə üstələyən "tanqoçular" yarımfinala yüksəlib. Argentina bu mərhələdə Venesuela - Kanada cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.