"Krasnodar" RPL-da mövsümün ən çox gəlir əldə edən komandası olub

“Krasnodar” 2023-cü ilin sonunda Rusiya Premyer Liqasında ən çox qazanan klub olub. 

Sportline.az xəbər verir ki, bu barədə Rusiya Futbol Federasiyasının maliyyə şöbəsi məlumat yayıb.

"Krasnodar"ın il ərzində ümumi mənfəəti 11,965 milyard rubl təşkil edib.

Mövsümün ən çox ziyan edən komandaları isə ÇSKA (1.52 milyard rubl) və "Spartak" (1.27 milyard rubd) olub.

Qeyd edək ki, "Krasnodar" Rusiya Premyer Liqasında mövsümü ikinci pillədə tamamlayıb.