Kvaratsxeliya ata olub

"Napoli" və Gürcüstan millisinin oyunçusu Xviça Kvaratsxeliyanın oğlan övladı dünyaya gəlib.

Sportline.az Tutto Mercato-ya istinadla xəbər verir ki, 23 yaşlı futbolçu sosial media hesabında körpənin şəklini paylaşaraq altından "Həyatımın ən xoşbəxt günüdür. 21.08.2024.Damian Xvaratsxeliya" yazıb.

Daha əvvəl məlum olmuşdu ki, "Napoli" ulduz futbolçuya ilk övladının dünyaya gəlməsi zamanı iştirak etmək üçün Gürcüstana getməyə icazə verib.

Qeyd edək ki, Vxiça vi Nitsa 2023-cü ilin oktyabrında evləniblər.