Kvaratsxeliya "Napoli" ilə müqaviləni uzada bilər

"Napoli"nin və Gürcüstan millisinin 23 yaşlı cinah oyunçusu Xviça Kvaratsxeliya komanda ilə müqaviləsini uzada bilər.

Sportline.az xəbər verir ki, bu barədə La Gazetta dello Sport nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçu kluba 1,5 milyon avro əvəzinə 5 milyon avro almaq istədiyini deyib.

Neapollular Xviçanın bu tələbini təmin etməyə hazırdır.

Xəbərdə ayrıca olaraq PSJ-nin gürcüstanlı futbolçuya 7.5 milyon avro maaş təklif etdiyi bildirilir.

Qeyd edək ki, "Napoli"nin yeni baş məşqçisi Antonio Konte də futbolçunu növbəti mövsüm heyətdə görmək istəyir.