Kyellinin yeni klubu rəsmən açıqlandı
"Yuventus"dan ayrılan Corco Kyellininin yeni klubu rəsmən açıqlanıb.
Sportline.az xəbər verir ki, 37 yaşlı müdafiəçi ABŞ təmsilçisi "Los-Anceles"lə müqavilə bağlayıb. Bu barədə MLS klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Kyellini "Yuventus"a 2005-ci ildə, "Fiorentina"dan keçib. "Qoca sinyora"nın heyətində ümumilikdə 559 oyuna çıxan futbolçu 36 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.