Kyeza "Yuventus"u tərk edə bilər
"Yuventus" klubunda daha bir ayrılıq yaşana bilər.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, italiyalı yarımmüdafiəçi Federiko Kyeza Turin klubunu tərk edə bilər.
Oyunçunun menecerinin yaxın günlərdə "Roma" ilə görüşəcəyi bildirilir.
26 yaşlı futbolçunun xidmətində həmçinin "Napoli", "Nyukasl", "Aston Villa" və "Bavariya" klubları maraqlıdır.
Qeyd edək ki, "Yuventus" futbolçunun 40 milyon avrodan aşağı buraxmağı düşünmür.