La Liqa klubundan imtina etdi
İspan mütəxəssis Xavi Qrasiya "Almeriya"ya rəhbərlik etməyəcək.
Sportline.az xəbər verir ki, 53 yaşlı ispaniyalı hazırda 2012/13 mövsümündə çalışdırdığı komandaya qayıtmaq istəmir.
Qrasiyanın son iş yeri keçən yay tərk etdiyi "Lids" olub. Bundan əvvəl o, “Rubin”, “Valensiya”, “Uotford” və “Malaqa” klublarını da çalışdırıb.
"Almeriya" "Sevilya"ya 1:5 hesabı ilə məğlub olduğu oyundan sonra baş məşqçi Visente Morenonu istefaya göndərib.