"Latsio" Bellingemin qardaşının transferi ilə bağlı danışıq aparır

"Sanderland" komandasının yarımmüdafiəçisi Cob Billingem "Latsio"ya keçə bilər.

Sportline.az xəbər verir ki, bu barədə jurnalist Nikola Skira məlumat yayıb.

Mənbənin sözlərinə görə, romalılar Madrid "Real"ının futbolçusu Jud Bellingemin qardaşını transfer etmək istəyirlər. Tərəflər artıq Cobun İtaliya A Seriyasına potensial transferi ilə bağlı danışıqlar aparır.

Ötən mövsüm Çempionşipdə 47 oyuna çıxan 18 yaşlı futbolçu 7 qol və 1 asistlik performans göstərib.

Qeyd edək ki, Con Bellingemin transfer dəyəri 12 milyon avrodur.