"Latsio" doğma meydanda "Udineze"ni məğlub etdi
İtaliya A Seriyasında 25-ci turdan təxirə salınan "Latsio" - "Udineze" matçı keçirilib.
Sportline.az xəbər verir ki, meydan sahibləri 2 cavabsız qolla qalib gəliblər.
"Latsio" - "Udineze"
Qollar: Felipe Kaysedo, 21 (1:0), Sandro - ö.q. (2:0).