"Latsio" İqor Tudorla yolları ayıra bilər

İqor Tudor, "Latsio" rəhbərliyi ilə yaşadığı fikir ayrılıqlarına görə qısa bir müddət ərzində komandanı tərk edə bilər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İtaliya mətbuatı Tudorun "Latsio" rəhbərliyi ilə yola getmədiyini yazır.

Xəbərdə deyilir ki, xorvatiyalı mütəxəssis məhz bu səbəbə görə yaxın günlərdə komandadan ayrıla bilər.

"Latsio"nun sükanı arxasına mart ayında keçən 46 yaşlı mütəxəssis, İtaliya klubu ilə çıxdığı 11 oyunda 6 qələbə, 3 bərabərlik və 2 məğlubiyyət yaşayıb.

Qeyd edək ki, Tudorun klubla müqaviləsi 2025-ci ilə qədərdir.