"Latsio" Tudorla bağlı qərarını verib

"Latsio" klubunun baş məşqçisi İqor Tudor vəzifəsindən istefa edəcək.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, buna səbəb klub rəhbərliyi ilə xorvatiyalı mütəxəssisin  fikir ayrılıqları yaşamasıdır.

46 yaşlı çalışdırıcı 2024-cü ilin mart ayında paytaxt klubuna baş məşqçi təyin olunmuşdu.

"Latsio" onun rəhbərliyi altında çıxdığı 11 oyunda 6 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət yaşayıb. Klub, İtaliya A seriyasında mövsümü 7-ci sırada tamamlayıblar.

Qeyd edək ki, Tudor daha əvvəl "Marsel" və "Qalatasaray" kimi komandaları çalışdırıb.