Leaonun adı "Qalatasaray"la hallanır
"Milan"ın sol cinah vingeri Rafael Leao yayda komandasını dəyişəcək.
Sportline.az xəbər verir ki, "Qalatasaray" portuqaliyalı futbolçunun heyətinə qatmaqda israrlıdır.
Bu haqda "Fanatik" nəşri məlumat yayıb.
Qeyd edək ki, Leaonun transfer qiyməti 50 milyon avrodur.
O, 2019-cu ildən "Milan"da çıxış edir.