“Leypziq” niderlandlı futbolçusunu satacaq

"Leypziq" mövsümün sonunda niderlandlı futbolçusu Xavi Simonsu satacaq.

Sportline.az xəbər verir ki, bu haqda "Give Me Sport" nəşri məlumat yayıb.

Almaniya klubu Simonsu 80 milyon avro qarşılığında satmağa hazırdır.

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 25 matçda 8 qol və 5 asistlə yadda qalıb.

Simonsun "Leypziq"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.