Leonardo Bonuççi Tiaqo Mottanın "Yuventus"un baş məşqçisi olmasını dəyərləndirib

"Yuventus"un sabiq müdafiəçisi Leonardo Bonuççi mütəxəssis Tiaqo Mottanın Turin klubunun baş məşqçi postuna təyin olunmasından danışıb.

Sportline.az xəbər verir ki, Bonuççi Calciomercato-ya verdiyi müsahibədə bu fikirləri səsləndirib.

" Mən heç cürə "Yuventus"dan ayrı qala bilmərəm. O, mənim futbola və bir oyunçu kimi həyatıma olan inancımın bir hissəsi idi və belə də qalır. Tiaqo Mottanın güclü komandası var, yeni transferlər də qoşulacaq. Onun bizi razı salmağa hələ vaxtı olacaq. Ümid edirəm ki, "Yuventus" ilk gündən son günə qədər onunla yenidən Skudetto uğrunda mübarizə apara biləcək. Mən əminəm ki, o nəyə qadir olduğunu göstərəcək. O, böyük məşqçi keyfiyyətlərinə malikdir" deyə Bonuççi bildirib.

Xatırladaq ki, "Yuventus" iyunun 12-də baş məşqçi postuna Tiaqo Mottanın gətirildiyini açıqlamışdı.Mütəxəssis son olaraq "Bolonya"da çalışıb.