"Lester"in yeni baş məşqçisi bəlli oldu

"Lester" yeni baş məşqçisinin adını ictimaiyyətə açıqlayıb.

SportLine.az BBC Sport-a istinadən xəbər verir ki, Klaudio Ranyerinin gedişindən sonra komandaya müvəqqəti rəhbər təyin olunan Kreyq Şekspir vəzifəsində saxlanılıb. Onunla üç illik müqavilə imzalanıb.