Levandovski "Fənərbağça"ya keçir?

"Barselona"dan azad agent kimi ayrılan Robert Levandovski karyerasını "Fənərbağça"da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

37 yaşlı forvard İstanbul klubunda çıxış etməyə müsbət yanaşır.

Qeyd edək ki, R.Levandovski dəyəri 8 milyon avrodur.

O, cari mövsüm meydana çıxdığı 46 matçda 19 qol, 4 asistlə yadda qalıb.