Levandovski "Real"ın hədəfində

Madrid "Real"ı Robert Levandovski transfer etmək niyyətindədir. SportLine.az "AS" nəşrinə istinadən xəbər verir ki, artıq klub prezidenti Florentino Perez futbolçunun meneceri Çezari Kuçarski ilə görüşüb. Məlumatda Levandovskinin də "La Liqa"da çıxış etməkdə maraqlı olduğu bildirilib.

"Kral klubu"nun Qış transfer pəncərəsində Münhen təmsilçisinə rəsmi təklif ünvanlayacağı gözlənilir.

Qeyd edək ki, Levandovskinin "Bavariya" ilə 2019-cu ilədək müqaviləsi var.