"Lex" azarkeşləri "Qarabağ"ı belə qarşılayacaqlar

UEFA Çempionlar Liqasının  I təsnifat mərhələsinin “Lex” - “Qarabağ” oyununda anşlaq gözlənilir.

Sportline.az xəbər verir ki, Poznan klubunun mətbuat xidməti iyulun 5-də keçiriləcək matçın biletləri satışa çıxarıldıqdan sonrakı 50 dəqiqə ərzində 5000 bilet satıldığını açıqlayıb.

Oyun gününədək biletlərin tam satılacağına şübhə olmadığı vurğulanır. 43 min tamaşaçı tutumuna malik olan "Poznan" arenasında keçiriləcək görüşə ən ucuz bilet 60-80 zlotadır (23-30 manat). 

Qeyd edək ki, rəqiblərin cavab oyunu iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Həmin oyuna da bilet satışı davam edir.