"Lex" - "Qarabağ" görüşünün biletləri satışda

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Lex" oyunun biletlərini satışa çıxarıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, bilet satışı 80 zlotdan (təxminən 30 manat) başlayır.

Bu gün səhərdən etibarən biletlər açış satışa çıxarılıb. 

Qeyd edək ki, "Lex" - "Qarabağ" görüşü iyulun 5-i Bakı vaxtı ilə 22:00-da başlanacaq.