"Lex" - "Qarabağ" görüşünün hakimi açıqlandı

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Lex" - "Qarabağ" oyununun hakim təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, görüşü İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Referi Xose Luis Munueraya yan xətt hakimləri Pau Sebrian Devis və Antonio Ramon Martines Moreno köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Xorxe Figeroa Vaskes yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 5-də "Poznan stadionunda keçiriləcək "Lex" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.