"Lex"in baş məşqçisi: "Qələbə qazanmaq vacib idi"

"Mənim üçün yeni klubdakı ilk matçda qələbə qazanmaq vacib idi. Amma indi növbəti görüşü düşünürük və artıq cavab qarşılaşması üzərində işləyirik".

Sportline.az xəbər verir ki, bunu Polşa "Lex"inin baş məşqçisi Con van den Brom evdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

56 yaşlı mütəxəssis matç zamanı və görüşdən əvvəl də həyəcanlı olduğunu bildirib. "Oyunçular və azarkeşlər üçün əla şou oldu".

Niderlandlı baş məşqçi oyun ərzində müdafiə olunduqlarını söyləyib: "Bu, Çempionlar Liqasıdır və buranın fərqli qaydaları var. İlk hissədə top daha çox rəqibdə oldu və onlara müqavimət göstərməyə çalışdıq. Hər kəs meydanda qalib gəlmək istəyirdi".