Qurban Qurbanov: “Lex”lə oyuna kimi komanda daha yaxşı səviyyəyə qalxacaq”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasının Avstriyadakı təlim-məşq toplanışını dəyərləndirib.

Sportline.az xəbər verir ki, o, klubun mətbut xidmətinə açıqlamasında toplanışın normal keçdiyini bildirib.

Baş məşqçi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində iyulun 5-də "Lex"lə (Polşa) keçiriləcək oyuna qədər komandanın daha yaxşı vəziyyətdə olacağını qeyd edib.