"Lill"də Paulo Fonseka dönəmi başa çatdı

Fransanın "Lill" klubu  baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi hesabı məlumat yayıb.

Portuqaliyalı mütəxəssis 2022-ci ildən "Lill"də çalışırdı.Onun rəhbərliyi altında komanda Liqa 1-in son mövsümünü 59 xalla 4-cü sırada bitirib.

Qeyd edək ki, 51 yaşlı mütəxəssisin adı bir neçə müddətdir ki İtaliyanın "Milan" klubu ilə hallanır.