"Liverpul" "Napoli"nin hücumçusuna elçi düşüb

"Liverpul" "Napoli"nin hücumçusu Lorenso İnsinyeni transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, neapollular onunla 60 milyon funt sterlinq müqabilində vidalaşmağa hazırdırlar.

Mersisaydlıların artıq bu transferlə bağlı danışıqlara başladığı bildirilir.

İtaliya millisiinin üzvünün "Napoli" ilə müqaviləsinin müddəti 2022-ci ildə bitəcək. 

Qeyd edək ki, İnsinye bu mövsüm neapolluların heyətində 38 oyuna 13 qol vurub.