London nəhəngi Barışı istəyir

İngiltərənin "Arsenal" klubu "Qalatasaray"ın ulduzu Barış Alper Yılmazın xidmətində maraqlıdır. 

Sportline.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli mətbuat "Arsenal" rəhbərliyinin Barış üçün İstanbul təmsilçisi ilə danışıqlara başladığını yazıb. 

Xəbərdə "Qalatasaray"ın Barış üçün 50 milyon avro transfer haqqı müəyyənləşdirdiyi qeyd olunub. "Arsenal"ın bu məbləği 40 milyon avroya düşürmək istədiyi vurğulanıb. 

Qeyd edək ki, Barış Alper Yılmaz bu mövsüm sarı-qırmızılı forma ilə çıxdığı matçlarda 12 qol vurub və 14 məhsuldar ötürmə verib.