Luis Suarez "Fənərbağça"da?
"Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Sportline.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Yerli mətbuatın yazdığına görə, hazırda "Sportinq"in formasını geyən Luis Suarez yeni movsümdən Türkiyə klubunun şərəfini qoruyacaq.
"Fənərbaxça" prezidentliyinə namizəd Hakan Safinin kolumbiyalı futbolçu ilə razılığa gəldiyi bildirilir.
Qeyd edək ki, Luis Suarez bu mövsüm "Sportinq"in forması ilə 53 rəsmi matça cıxıb. O, 38 qol vurub və 9 məhsuldar ötürmə verib.
Məlumat ücün bildirək ki, iyunun 7-də "Fənərbaxça" klubunda seçkilər keçiriləcək. Prezident postu uğrunda Aziz Yıldırım və Hakan Safi mübarizə aparacaq.