Lukaku "İnter"lə razılaşdı

“Mançester Yunayted”in hücumçusu Romelo Lukaku “İnter”ə keçməyə yaxındır.

Sportline.az “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Milan klubu ilə müqavilə imzalamağa razılıq verib. “İnter”in Lukakuya ilinə 6 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki,”MY” ilə 2022-ci ilə qədər müqaviləsi olan Belçika millisinin üzvü ötən mövsüm 45 oyuna 15 qol vurub.