Lukaku müqavilə üçün İtaliyaya gəldi
Belçika millisinin və İngiltərənin "Çelsi" klubunun futbolçusu Romelu Lukaku "İnter"ə keçidini tamamlamaq üçün İtaliyaya uçub.
Sportline.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.
O bildirib ki, 29 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra rəsmi 1 illik icarə müqaviləsinə imza atacaq.
Qeyd edək ki, Romelu Lukaku "Çelsi"yə ötən mövsümün əvvəlində məhz "İnter"dən keçmişdi.