Mahir Emreli Sloveniyada hazırlaşır
Millimizin hücumçusu Mahir Emreli çıxış etdiyi "Dinamo"nun (Zaqreb) heyətində Sloveniyada təlim-məşq toplanışındadır.
Sportline.az xəbər verir ki, komanda artıq yeni mövsümə hazırlaşır.
Qeyd edək ki, Zaqreb təmsilçisi Sloveniyada iki yoxlama oyunu keçirəcək. "Dinamo" iyunun 26-da "Şkendiya" (Şimali Makedoniya), iyulun 1-də isə "Spartak" (Trnava, Sloveniya) ilə qarşılaşacaq.