Mahir Emrelinin bəxti gətirmədi

Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun hücumçusu Mahir Emreli yenidən sıradan çıxıb.

Sportline.az xəbər verir ki, 25 yaşlı futbolçu Xorvatiya çempionatının 3-cü turu çərçivəsində “İstra 1961” komandasına 4:1 hesabı ilə qalib gəldikləri oyunda əvvəlki zədəsini yeniləyib.

Belində ağrılar hiss edən forvard avqustun 3-də UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bolqarıstanda “Ludoqorets”ə qarşı keçirəcəkləri ilk oyunu buraxacaq. 

Xatırladaq ki, zədədən yenicə qayıdan Mahir Emreli "İstra 1961” ilə matçın 81-ci dəqiqəsində meydana çıxıb və 7 dəqiqə sonra fərqlənərək, görüşdə son nöqtəni qoyub.