Mahir Emrelinin yeni komanda yoldaşı

Millimizin hücumçusu Mahir Emrelinin forma geyindiyi Zaqreb "Dinamo"su yeni transfer reallaşdırıb.

Sportline.az zaqreblilərin rəsmi saytına istinadən xəbər verir ki, Robert Lyubiçiç "Rapid Vyana"nı "Dinamo"ya dəyişib. 

Xorvatiya çempionu 23 yaşlı yarımmüdafiəçi üçün Avstriya klubuna iki milyon avro ödəyib. Onunla 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, o, ötən mövsüm "Rapid"in heyətində meydana çıxdığı 40 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub.