Makelele "Çelsi"dən getdi

Fransa millisinin sabiq yarımmüdafiəçisi Klod Makelele "Çelsi"dən ayrıldığını açıqlayıb.

Sportline.az xəbər verir ki, 2019-cu ildən o, London klubunun akademiya tələbələri üçün texniki mentor vəzifəsində çalışıb. O, həmçinin icarəyə götürülən oyunçularla da işləyib.

Fransız futbolçu kimi 2003-2008-ci illərdə "Çelsi"də çıxış edib. Ümumilikdə o, London komandasının heyətində 217 oyun keçirib, bu oyunda 2 qol və 6 məhsuldar ötürmə edib.