Maksim Medvedyev məşqçi işləyəcək

Mövsümün sonunda karyerasını başa vuran “Qarabağ”ın artıq keçmiş kapitanı Maksim Medvedev məşqçi kimi fəaliyyət göstərəcək.

Sportline.az xəbər verir ki, artıq veteran müdafiəçinin iş yeri də müəyyənləşib. 

O, "Qarabağ"ın Futbol Akademiyasında çalışacaq.

Maksim Ağdam təmsilçisinin U-14 komandasında köməkçi-məşqçi olacaq.

Belə ki, millinin sabiq üzvü U-14-də baş məşqçi Samir Musayevə yardım edəcək.