Maldini Italiya klubunda

Keçmiş məhşur futbolçu Paulo Maldininin oğlu Daniel Maldininin yeni klubu müəyyənləşib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 22 yaşlı futbolçu "Monza" klubu ilə razılığa gəlib.

"Milan"la müqaviləsi başa çatan futbolçu azad agent statusunda yeni klubunun sıralarına qoşulub.Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Maldini ötən mövsümün ikinci dövrəsini də "Monza"da keçirib.O, meydana çıxdığı 11 oyunda 4 qol vurub.