"Mançester Siti" "Aston Villa" ilə görüşə ciddi itkilərlə çıxacaq

"Mançester Siti" "Aston Villa" ilə görüşə ciddi itkilərlə çıxacaq.

Sportline.az xəbər verir ki, hazırda çempionluq uğrunda mübarizə aparan "Mançester Siti" klubunda gözlənilməz itkilər qeydə alınıb. 

Belə ki, Ederson, Kayl Uolker və Natan Ake görüşü buraxmalı olacaq.

Qeyd edək ki, komadnanın baş məşqçisi Pep Qvardiola futbolçularının zədəsinin elə də ciddi olmadığını amma ehtimalları nəzərə aldıqları üçün riskə getməyəcəklərini bildirib.